Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çevrilmək [çevrilməx'] feil

1. Başqa hala salınmaq, başqa şəklə salınmaq, döndərilmək. □ O başını yellədib bir ah çəkdi dərindən, “Ah” alova çevrilib saçıldı gözlərindən. (B.Vahabzadə).
2. Tez-tez bir haldan başqa hala keçmək. □ Su donaraq buza çevrilmişdir.
3. Məcazi mənada: dönüb başqa bir şey olmaq, başqa keyfiyyət almaq, başqa bir şeylə əvəz olunmaq. □ Bir anda Sonanın halı dəyişdi, həsrət və məhəbbət qəribə bir marağa və şübhəyə çevrildi. (M.İbrahimov).
4. İstiqamətləndirilmək, yönəldilmək. □ Pulemyotlar düşmənə tərəf çevrildi.
5. Dönmək, devrilmək. □ Səs-küy artdı, ara qarışdı, üstü içki və yeməklə dolu stollar çevrilib alt-üst oldu. (S.Vəliyev).
6. Özünü çevirmək, özünü döndərmək; başqa səmtə döndərmək, dönmək. □ Tərlan yatağında tez-tez o yan-bu yana çevrilir, yata bilmirdi. (M.Hüseyn).
7. Şumlanmaq, sürülmək, bellənmək, təpilmək. □ Meynəlik çevrilib qurtarmışdır.
8. Tərcümə olunmaq. □ Əsər bir neçə dilə çevrilmişdir.

Həmçinin bax:

frazeologizm: vərəqi çevrilmək Azərbaycan dilinin izahlı lüğəti