Reklam
Reklam

Tarix terminləri lüğəti

centlmen sazişi

ing. gentlemen < lat. gentilis – əsil-nəcabəti olan adam, nəcib şəxs

Tərəflər arasında (o cümlədən beynəlxalq münasibətlərdə), əsasən, şifahi surətdə bağlanan qeyri-formal saziş.

Adi hüquqi sazişlərdən fərqli olaraq C.S.-ndə nəzərdə tutulan qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi yalnız tərəflərin dürüstlüyündən və vicdanından asılıdır. Bu səbəbdən həmin sazişə əməl etməyənlər hüquqi deyil, mənəvi itkilərlə üzləşə bilərlər.

Həmçinin bax:

Tarix terminləri lüğəti