Reklam
Reklam

Tarix terminləri lüğəti

cəhənnəm

yəh. gehinnom – hərfi mənası: Hinnom vadisi; qədim dövrlərdə Qüdsün bütün zibil və çirkablarının töküldüyü, edam olunmuş insanların cəsədlərinin, ölmüş heyvan cəmdəklərinin və s.-nin atıldığı, şəhərin yaxınlığında yerləşən dar və dərin dərə. Tullantıları yandırmaq və üfunəti aradan qaldırmaq üçün dərənin ortasında həmişə ocaq qalanıb

Əksər dini təlimlərdə əbədi əzablara düçar edilmiş günahkarların ruhlarının məskəni, onlara cəza verilən yer.

C. haqqında təsəvvürlər insan öləndən sonra onun ruhunun yaşaması barədə ibtidai dini inanclardan yaranıb. İslama görə, 7 təbəqədən ibarət olan C.-in üzərindən qıldan nazik Sirat körpüsü keçir. Günahkarlar həmin körpüdən yıxılıb C.-ə vasil olur.

Həmçinin bax:

Tarix terminləri lüğəti