Reklam
Reklam

Tarix terminləri lüğəti

canişinlik

1. 1775–1796-cı illərdə II Yekaterinanın hakimiyyəti dövründə Rusiya imperiyasında 2–3 quberniyadan ibarət inzibati-ərazi vahidi.

C.-i canişin idarə edib. 1796-cı ildə bu sistem I Pavel tərəfindən ləğv olunub.

2. XVIII əsrin sonu–XX əsrin əvvəlində Rusiyanın müstəmləkə ucqarlarında idarəçilik sistemi.

1815–1874-cü illərdə Polşada, 1844–1883 və 1905–1917-ci illərdə isə Qafqazda C.-lər mövcud olub.

Tarix terminləri lüğəti