Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

büzüşmək [büzüşməx'] feil

1. Yığılmaq, yığışmaq, bürüşüb kiçilmək, quruyub yığılmaq, solmaq, pəjmürdə olmaq. □ ..kirpikləri bir-birinə qarışıb, bütün vücudu ölüşgəmiş və əndamı quru alma kimi büzüşmüşdü. (M.S.Ordubadi).
2. Ütüsü və hamarlığı pozulub qırış-qırış olmaq (paltar, kağız və s.).
3. Turş bir şeyin təsiri ilə yığılaraq çəkilmək, qamaşmaq. □ Göyəmdən ağzım büzüşdü.
4. Sığınıb durmaq, yazıq-yazıq durmaq (oturmaq), susmaq, dinməmək. □ Tapdıq .. büzüşüb qapıya söykəndi. (Ə.Əbülhəsən).

Azərbaycan dilinin izahlı lüğəti