►Özünə aidiyyəti olmayan hansısa işә müdaxilә etmәk, bir işə yersiz qarışmaq, maraq göstərmək.
İfadə ovçuların müxtəlifölçülü yuvalara baxması və qarşılarına çıxan bütün mağaralara baş salması vərdişi ilə bağlı yaranmışdır.
Әslindә, ifadənin yaranmasında ilkin olaraq «burun» yox, «baş» sözü rol oynayıb. «Baş (burun) soxmaq» isә ovçuluq peşәsi ilә әlaqədar yaranıb. Müxtәlif yuvalara, xüsusən qorxulu mağaralara baş soxan ovçuların nəticədə başsız qalması haqqında müxtəlif rəvayətlər də məlumdur. İfadә insanın bәlәd olmadığı, ona dəxli olmayan hәr hansı işә, mәsәlәyә baş (vә ya burun) soxmasının mәnfi nәticәsini bildirir.
Bundan əlavə, dilimizdə eyni məna kəsb edən «Burnu girməyən yerə başını soxur», «Başı girməyәn yerә bәdәnini soxur» kimi ifadələr də işlədilir.
Məsəllər, deyimlər