►Əldə edilməsi çox çətin olan bir şeyi israrla arzulamaq, çox istədiyi bir şeyin həsrətini çəkmək.
İfadə bir çox xalqlarda görüşərkən burnunun ucunu bir-birinə toxundurmaq kimi qədim ənənədən qaynaqlanır.
Hələ neçə əsr əvvəl Asiya və Afrika ölkələrini gəzib öyrənən səyyahlar bəzi qəbilə və tayfalarda adamların görüşərkən qucaqlaşmaq, yaxud öpüşmək əvəzinə burunlarını sadəcə bir-birinə sürtməsini müşahidə etmişlər. Qəbilə üzvləri bunun səbəbini izah edə bilməmiş, sadəcə dədə-babadan qalma adət olduğunu demişlər. Sonuncu yüzilliklərin tibbi araşdırmaları bu davranışın sirrini açmağa nail olmuşdur. Bədən üzvlərinin həssas nöqtələrinin yerləşdiyi nahiyələri araşdırarkən müəyyən edilmişdir ki, insanın mədə, ürək və cinsiyyət orqanının nöqtələri məhz burunun ucunda yerləşir. Bu baxımdan Asiya, Afrika və Latın Amerikası ölkələrində yaşayan bəzi yerli xalqların hələ də görüşərkən burunlarını bir-birinə sürtmələri təsadüfi deyildir.
Beləliklə, bu ifadədən də aydın olur ki, bədən üzvlərinin nöqtələrinin harada yerləşməsi əcdadlarımıza hələ çox-çox qədimlərdən məlum olub.
Məsəllər, deyimlər