fr. bourgeoisie < lat. bur-gus – qala-şəhər
1. Orta əsrlərdə şəhər əhalisi.
2. Kapitalist cəmiyyətində sənaye, ticarət, maliyyə-kredit və s. sahələrdə sahibkarlıq fəaliyyətindən qazanc əldə edən hakim sinif.
B. feodal münasibətlərinin hökm sürdüyü dönəmdə yaransa da, XVI–XX əsrlərdəki inqilab və islahatlar nəticəsində ciddi iqtisadi-siyasi nüfuz sahibinə çevrilib. O, aqrar cəmiyyətdən sənaye cəmiyyətinə keçidi təmin edib, bazar iqtisadiyyatı, liberal dəyərlər və demokratiyanın bərqərar olmasına xidmət göstərib.
Həmçinin bax:
Tarix terminləri lüğəti