Reklam
Reklam

Məsəllər, deyimlər

BURİDAN EŞŞƏYİ

►İki bərabər imkan, yaxud əşya arasında seçim edə bilməyən, qərar qəbul edə bilməyən insan.

İfadə XIV əsr fransız filosofu Buridanın adı ilə bağlıdır.

Böyük filosof sübut edirdi ki, bir çox canlıların hərəkətləri onların iradəsindən deyil, xarici səbəblərdən asılıdır. Buna misal olaraq alim hər iki tərəfinə bərabər həcmdə saman yığını qoyulan ac eşşəyi nümunə gətirir. Eşşək iki bərabər yığın arasında seçim edə bilmədiyinə görə acından ölməli idi.

Tarixi araşdıranlar eşşəklə bağlı həqiqətən belə bir təcrübənin aparılıb-aparılmadığı haqqında bir söz demir, amma o vaxtdan bəri hər hansı işlə bağlı tərəddüd edən və qərar verə bilməyən adamları «Buridan eşşəyi» adlandırırlar.

Məsəllər, deyimlər