►Boş yerə xəyallara dalmaq, arzuladıqlarına xəyalən qovuşmaqdan məmnun olmaq, reallıqdan uzaqlaşmaq; bir şeydən hədsiz dərəcədə sevinmək.
İfadə qədim insanların kainat haqqında təsəvvürlərindən qaynaqlanmışdır.
Qədim yunanların fikrincə, Günəş, Ay və digər göy cisimləri Yerin ətrafında fırlanan boş büllur şarlara – sferalara bərkidilmişdir. Yerdən ən uzaqda yerləşən sferada «təmiz alov və işıq səması» – empires başlayırdı. Orada tanrılar və ruhlar yaşayırdı. Qədim slavyan dilində «uçmaq» – «yaşamaq», «mövcud olmaq» mənasında işlədilirdi, buna görə də «buludlarda uçmaq» – «tanrıların yaşadığı yerdə olmaq» mənasını verirdi.
Dünya haqqında köhnə təsəvvürlər öz yerini Kopernik və Qalileyin nəzəriyyəsinə verdikdə məlum oldu ki, empires deyilən bir yer yoxdur, «buludlarda uçmaq» ifadəsini isə «həyata keçməyən arzular» mənasında işlətməyə başladılar.
Məsəllər, deyimlər