lat. bulla – möhürlü sənəd
1. Baş verən ən mühüm hadisələr haqda qısa məlumatlardan ibarət olan operativ nəşr, informasiya agentliklərinin, xəbər saytları və portallarının əsas məhsulu; televiziya və radioda, əsasən, bir mövzuya həsr olunmuş ayrıca xəbər buraxılışı.
B.-lər bir mövzuya həsr olunur, yaxud tematik bölmələrə ayrılır (siyasət, iqtisadiyyat, mədəniyyət, idman və s.). Onlar, əsasən, elektron formatda hazırlanır və yayılır, çox vaxt onlayn rejimdə yenilənir.
2. Təsis edildiyi təşkilatın maraq və bilik dairəsinə aid xəbərləri, habelə problemləri işıqlandıran, öz məqsədli auditoriyası olan dövri nəşr.
Elmi mərkəzlərin, universitetlərin aylıq və rüblük nəşrləri belə B.-lərə misal ola bilər.
Jurnalistika terminləri lüğəti