►Böyük səlahiyyətlərə yiyələnib idarəçiliyi faktiki ələ almış, amma formal cəhətdən çox da yüksək vəzifəsi olmayan və bir növ, kölgədə qalan adam haqqında işlədilən ifadə.
İfadə kardinal Rişelyenin intriqalarına gizli dəstək verən və siyasi çevrələrdə nüfuzlu bir sima kimi tanınan monax Jozef atanın adı ilə bağlıdır.
XIII Lüdovikin formal hakimiyyəti dövründə Fransanı faktik olaraq Rişelye idarə edirdi, onun arxasında isə rəsmi vəzifə tutmayan, Kaputsin ordeninin monaxı, daim boz rəngli əbada olan Jozef ata dururdu. Məhz geyiminə görə onu «boz kardinal» adlandırırdılar. «Üç muşketyor» romanında deyilir ki, onun adı yalnız «ehtiyat və pıçıltı ilə» çəkilirdi.
Almaniya tarixində isə «boz kardinal» termini diplomat Fridrix fon Qoldşteynin adı ilə bağlıdır. Elə bir əhəmiyyətli vəzifədə çalışmasa da, o, 1890–1906-cı illərdə Almaniyanın xarici siyasət kursunu müəyyənləşdirirdi.
Sovet dövründə isə rəsmi olaraq Sov.İKP MK-da ideoloji məsələlər üzrə katib vəzifəsində olan Mixail Suslov Kremlin boz kardinalı sayılırdı.
Məsəllər, deyimlər