Bəşəriyyət tarixində ən böyük coğrafi kəşflərin həyata keçirildiyi, avropalıların yeni qitələr, dəniz yolları aşkar etdiyi XV–XVI əsrlərə verilmiş ad.
1492-ci ildə Kolumbun Amerikanı, 1497–1498-ci illərdə Vasko da Qamanın Hindistana dəniz yolunu kəşf etməsi B.C.K.D.-nün əsasını qoyub. Bu dövr Avropadan Afrika, Amerika və Okeaniyaya yeni dəniz yollarının, eləcə də sürətli inkişafda olan Avropa iqtisadiyyatı üçün yeni xammal mənbələrinin aşkarlanması ilə nəticələnib, coğrafiya, botanika, zoologiya, etnoqrafiya və s. elm sahələri o vaxtadək məlum olmayan materiallarla zənginləşib.
Tarix terminləri lüğəti