►Mahiyyətsiz, mətləbə dəxli olmayan mənasız şeylər danışmaq, dediklərinin nəticələri haqqında düşünməmək.
İfadə əfsanəvi «Odisseya»dan qaynaqlanaraq yayılmışdır.
Qədimdə insanlar belə düşünürdülər ki, ağızdan çıxan sözləri külək tutur və özü ilə aparır. Bu mənada bəzi alimlər ifadənin köklərinin çox qədim dövrlərə gedib çıxdığını güman edirlər.
Əslində isə ifadə ilk dəfə Homerin əfsanəvi «Odisseya» əsərində işlənmişdir. Həmin əsərdə belə bir səhnə var ki, Yevrail istəmədən sərt söz dediyi Ulissdən üzr istəyir: «Əgər mənim sözlərim çox sərt idisə, onda qoy külək onları vurub dağıtsın». Ağıllı Uliss isə ona belə cavab verir: «Boş-boş danışmağa dəyməz». Sonradan bu ifadə əsassız, mənasız, nəticəsi olmayan vəd, çıxış və danışıqlara münasibətdə işlənərək geniş yayılıb.
Hazırda «boş-boş danışmaq» ifadəsi əksər hallarda insanın öz dediklərinə, xüsusən verdiyi vədlərə ciddi yanaşmamasına aid edilir.
Məsəllər, deyimlər