►Boşboğaz, sicilləmə yazan müәlliflәrlә bağlı istehza ilə işlədilən ifadə.
İfadə böyük satirik şairimiz M.Ə.Sabirin yaradıcılığından qaynaqlanır.
Şairin ömrünün sonlarında – 1911-ci ildә yazdığı taziyanәsindә deyilir:
Molla Ərәszadәnin... vay, yenə mabədi var,
Yazdığının yox sonu, «ənənə» mabədi var.
Gündə çıxan qəzetinin bircәsi boş keçməyir,
Bir gecəlik mətləbin bir sənə mabədi var.
Digər klassiklərimizin yaradıcılığında da bu ifadəyə rast gəlinir; məsələn, Hüseyn Cavid 1913-cü ildə «İqbal» qəzetinə yazdığı bir məktubda Sabirin bu kəlamlarını misal gətirib və bir şeydən uzun-uzadı yazmağı tənqid edib. «Bir gecəlik mətləbin bir sənə mabədi var» ifadəsi 1956-cı ildә nәşr olunmuş «Atalar sözlәri» kitabına da daxil edilib.
Prof. M.Adilova görə, bu deyimin sintaksis, intonasiya tərzi baxımından el arasında məşhur olan «Hər zülmət gecənin bir işıqlı sabahı var» zərbi-məsəlindən törədiyi ehtimalı da var.
Məsəllər, deyimlər