►Böyük alicənablığın və var-dövlətin rəmzi kimi işlədilən ifadə.
İfadə qədim yunan mifologiyasından qaynaqlanmışdır.
Yunan əsatirlərinə görə, Kronosun oğlu körpə Zevs qaranlıq mağaraya salınır və aclıqla ölümə məhkum edilir. Lakin Amalfeya keçisi onu öz südü ilə yedizdirir və aclıqdan xilas edir. Sonralar baş ilah (tanrı) olan Zevs Amalfeyaya minnətdarlıq əlaməti kimi onu səmaya qaldırır və müqəddəs heyvanlara xidmətçi vəzifəsinə təyin edir. Səmaya gedən yolda keçinin buynuzu sınır, lakin Zevs yeni möcüzə yaradaraq həmin buynuzu qızıla çevirir və Krit şahı Melissin qızlarına hədiyyə edir.
Rəvayətə görə, qızıl buynuz kimdə olurdusa, onun bütün arzularını yerinə yetirirdi. Ona görə də həmin buynuz sonsuz var-dövlətin rəmzinə çevrilmişdi.
Məsəllər, deyimlər