Reklam
Reklam

Məsəllər, deyimlər

BAŞINDA ÇANAQ SINMAQ (ÇATLAMAQ)

►Bir işdәn zәrәr çәkmәk, hәr hansı işin ağır nәticәsi ilə üzləşmək.

İfadәnin birinci hissәsi «baş çanağı/başın çanağı» dilimizdə işlənən «cavan baş bir çanaq qandır» atalar sözündən törәyib.

Prof. M.Adilova görə, bu ifadə dil vahidlәrinin semantikasının paradiqmatik vә sintaqmatik aspektlәrdә fәrqli şәkildә tәzahürü nəticəsində meydana çıxıb. Yuxarıdakı tәrkibdә işlәnәn «çanaq» sözü, әslindә, «baş çanağı» sintaqmasının tәrkibindәn ayrıldığı üçün başqa mәna almaq ehtimalı var. Bu mәcazi mәnalılığa meyil ilә әlaqәdar «qan çanağı» («gözlәri qan çanağına dönüb», «qan çanağını başına alıb gəzdirir») ifadәsi yaranıb.

«Baş çanağı» tәrkibindәn ayrılan «çanaq» sözü «alәt» mәnasını bildirir vә buna görә dә semantik saһəsinә daxil olan başqa alәt adları ilә әvәzlәnә bilir: «başında tabaq sınmaq».

Dildә bir söz һәmişә başqa bir sözü nitqә çәkib gәtirir. «Çatla(t)maq» feili hәmin tәrkibә daxil olandan sonra onun öz sinonimi «sındırmaq» feili ilә әvәz olunması tәbiidir. «Sındırmaq» feili isә hәm çanaq, hәm dә qoz ilә әlaqәlәnә bilәr. Buradan isə «başında qoz sındırmaq» ifadәsi meydana çıxır.

Məsəllər, deyimlər