Reklam
Reklam

Məsəllər, deyimlər

BAŞINA QAZAN KEÇİRMӘK

►Başını qatmaq, aldatmaq, hiylə işlətmək, kəlәk gәlmәk.

Xalq arasında əvvəllər də mövcud olmuş bu ifadənin M.F.Axundzadənin «Sәrgüzәşti-vәziri-xani-Lәnkәran» əsərindən sonra geniş yayıldığı güman edilir.

Bu səhnə əsərində göstərildiyi kimi, vәzirin baldızını sevәn Teymur ağa pәrdәnin arxasında gizlәnir ki, ev sahibi onu görüb qəzəblənmәsin. Qayınanası Pәri xanım hiylə işlədərək vәzirin başının ölçüsünü götürmәk lazım olduğunu söylәyir. Bildirir ki, bu iş füqәraya paylamaq mәqsәdilә sәmәni qoymağa lazım olan buğdanın miqdarını müәyyәnlәşdirmәk üçündür. Badyanı vәzirin başına keçirirlәr vә bundan istifadә edәn Teymur ağa aradan çıxır.

Dilimizdə eynilə bu mənanı bildirən «başına torba tikmək», «torbasını tikmək» kimi ifadələr də geniş yayılıb.

Məsəllər, deyimlər