Reklam
Reklam

Məsəllər, deyimlər

BAŞINA KÜL ӘLӘMӘK

►İstəməmək, sevməmək, ölümünü arzulamaq, pisliyinə çalışmaq.

İfadə qədim zamanlarda bəzi xalqlarda quduzluğa tutulmuş adamlardan xilas olmaq məqsədilə həyata keçirilən amansız bir adәtlә bağlı yaranmışdır.

Həmin dövrlərdə quduzluq tutmuş adamları müalicә edә bilmәdiklәrindәn onlarla çox qәddarcasına davranırmışlar. Quduz adamı qapısı bağlı zağaya, yaxud quyu kimi yerə salır, hər gün yuxarıdan (bacadan) onun üstünə gün ərzində bir neçə dəfə әlәklә kül yağdırırmışlar. Bu yolla xəstəni boğurlarmış ki, tez ölsün.

Hazırda dilimizdə işlənən «Allah başına kül ələsin» qarğışı da bu adətin «məhsulu»dur.

Məsəllər, deyimlər