Reklam
Reklam

Məsəllər, deyimlər

BAŞINA DAŞ SALMAQ

►Bədxərclik etmək, mənfəəti olan bir şeyi əldən çıxarmaq, boş yerə tələf etmək, puç etmək, itirmək, korlamaq.

Bu frazeoloji birləşmə dini rəvayətlə bağlıdır.

Həmin rәvayәtә görә, 570-ci ildә – Mәhәmmәd peyğәmbәr anadan olan ili xristian hәbәşlәr mәşhur fil yolu ilә Kәbәni dağıtmağa gedirlәr. Onlar ziyarәt (hәcc) yeri olaraq Sәna şәhərindә kilsә tikmişdilәr vә Kәbәni artıq hesab edirdilәr. Hәbәşlәrin qoşununda çoxlu fil var idi vә getdiklәri yol da fil yolu hesab olunurdu.

Allahın әmri ilә әfsanәvi әbabil quşları cәnnәtdә olan mәrcimәkdәn kiçik, xırda daşları dimdiklәrinә alıb Kәbә üzәrinә yürüş edәn hәbәş qoşununun üstünә uçur, fillərin başına daş yağdırmağa başlayırlar. Fillәrinin başına daş salınmış hәbәşlәr qorxuya düşür və Kәbә səfərindən əl çәkmәli olurlar. Buna görә dә tarixdə hәmin il «fil ili» adı ilә mәşhurdur.

«Qurani-Kərim»də bu yürüş haqqında belə deyilir: «Görmәdinmi, Allaһ fillәri gәtirәnlәri neylәdi?! Onların üzәrinә әbabil quşları göndәrdi».

Dilimizdə işlək ifadələrdən olan «başına daş düşsün», «Allah başına daş salsın» kimi qarğışlar da bu rəvayətdən qaynaqlanır. «Başına daş salmaq» ifadəsi bəzi məqamlarda «əmanətə xəyanət eləmək», «başqasının malına xor baxmaq, yeyib üstündən də su içmək» mənalarında da işlədilir.

Məsəllər, deyimlər