Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

bari-həmlini yerə qoymaq

fars. bar – yük, ərəb. həml – yük aparma

Bax: yükünü yerə qoymaq.

Aşıq dili yüyrək olar, at ayağı külək, tez aparıb, tez gətirər. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə tamam oldu, tacirlərin arvadları bari-həmlini yerə qoydular. (“Nəcəf və Pərzad”)

                                                                         *

Aylar gəlib keçdi, xoş gün, xoş saatda arvadlar bari-həmllərini yerə qoydular. (“Arzı-Qənbər”)

                                                                         *

Bəhmən şahın arvadı bari-həmlini yerə qoydu. Bir oğlu oldu. (“Bəhram-Gülxəndan”)

Azərbaycan dastanlarının leksikası