Sərçəkimilər dəstəsinin vürok fəsiləsindən oxuyan quş növü.
Uzunluğu 18-23 sm, çəkisi 50-80 q olur. Dimdiyi bərk toxum və çəyirdəyi sındırıb xırdalamağa uyğunlaşmışdır. Qanadları qısa və enlidir. Azərbaycanın dağ-meşə qurşağında yaşayır, payızda aşağı ərazilərə miqrasiya edir, oturaq quşdur. Kürtyatma zamanı ağacdakı yuvasına 4-7 yumurta qoyur. Meyvə çəyirdəyi, tumurcuq, dən və s. yediyi üçün bağlara zərər vurur.
Biologiya terminlərinin izahlı lüğəti