Cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan köməkçi nitq hissəsi.
Bağlayıcılar lüğəvi mənaya malik olmayıb yalnız qrammatik məna daşıyır. Cümlə üzvü vəzifəsi daşımır; məs.: Ağıllı insan həmişə tələsir, amma heç bir işi tələsik görmür. Bağlayıcılar sintaktik vəzifəsinə görə iki qrupa bölünür: tabesizlik bağlayıcıları və tabelilik bağlayıcıları. Onlardan hər birinin cümlədəki funksiyaya görə öz növləri var.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti