Reklam
Reklam

Tarix terminləri lüğəti

Azərbaycan Milli Mərkəzi

1927-ci il fevralın 26-da İstanbulda yaradılmış və Azərbaycanın müstəqilliyi ideyasını dəstəkləyən partiya və təşkilatların mühacir nümayəndələrindən ibarət qurum.

Azərbaycanın istiqlalı uğrunda mühacirətin fəaliyyətini vahid mərkəzdən idarə etmək məqsədilə yaradılıb. AMM 30-cu illərin sonuna kimi Azərbaycan mühacirətinin sovet rejiminə qarşı mübarizəsinə rəhbərlik edib. AMM-ə “Müsavat” partiyasının lideri M.Ə.Rəsulzadə (1884–1955) başçılıq edib. Tarixi ədəbiyyatda “Milli Mərkəz” də adlandırılır və ya qısaldılmış formada AMM yazılır. Son illərə kimi hesab olunurdu ki, 1924-cü ildə yaranıb. Həmin səbəbdən də əksər ədəbiyyatda bu tarix elə indi də 1924 göstərilir. Lakin Fransada yaşayan və Qafqaz mühacirətinin tarixi ilə məşğul olan gürcü tədqiqatçısı Mamuliyanın Paris arxivində aşkarladığı və Rəsulzadəyə aid olan sənəddə göstərilir ki, AMM 1927-ci ilin fevralında yaranıb. Bütövlükdə mühacirətin fəaliyyəti kimi, AMM-nin də fəaliyyəti 30-cu illərin sonunda bitib. Müharibənin nəticələri SSRİ-nin dağılmasına və kommunist rejiminin süqutuna olan ümidləri puç etdiyinə görə digər sovet xalqları kimi, Azərbaycan mühacirətinin də xeyli passivləşməsinə gətirib çıxarıb. Faktik olaraq az-çox kütləvi hərəkat kimi mühacirətin mövcudluğuna son qoyulub.

Tarix terminləri lüğəti