Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

azad iqtisadi zona

yun. zone – qurşaq

Ölkə ərazisinin digər yerlərdə qüvvədə olmayan xüsusi güzəştlər və stimullaşdırıcı qaydalar tətbiq edilmiş hissəsi, milli iqtisadi məkanın məhdud sahəsi.

Belə zonada dövlət iqtisadi proseslərə müdaxiləsini güclü surətdə məhdudlaşdırır. A.İ.Z., əsasən, ölkəyə investisiyalar cəlb etmək, yeni texnologiyalar gətirmək, ixrac potensialını artırmaq məqsədilə əlverişli iqtisadi-coğrafi mövqeyə malik ərazilərdə (məsələn, dəniz sahillərində, nəqliyyat qovşaqlarının üstündə) yaradılır.

Coğrafiya terminləri lüğəti