►Hesabına, adına, ünvanına aid etmәk, qeyd etmək.
İfadə öz mәnşәyinә görә «ad» sözünün məna dəyişməsi ilә әlaqәdardır.
Qәdim türk dillәrindә hәr iki sözün kökü eyni – ay, əy, ey, ad, at, ed, et ünsüründәn ibarәt olmuşdur vә bu ünsür müasir «ad» mәnasını bildirir. Buradakı ayaq elә «ad» demәkdir. Mahmud Kaşğarinin (1029–1105) lüğәtində «ayaq ayamaq» ifadәsi ad (vә ya lәqәb) vermәk (bir növ, «adlandırmaq» vә ya «lәqәb vermək») mәnasındadır. Bu ünsürә zarafatcıl, bamәzә (adam) mənasında işlәnәn «aynaq» sözündə tәsadüf edilir.
Məhəmməd Füzulinin «Bәngü badә» әsәrindә «Mey ilә Bәngin mübahisәsi» bölmәsindә «Mey edir», «Bәng edir» («deyir» mәnasında) cümlәlәri tәkrar-tәkrar işlәnir («edir» leksik vahidinin kökü «ed» sonralar substitusiya qanununun tәsiri ilә «de» şәklini almışdır).
Göstәrilәn «ayağına yazmaq» ifadəsi mәşhur «ayama» (adlandırma vә ya lәqәblәndirmә) sözünün tәrkibindә də eyni mәnada çıxış edir.
Müasir danışıq dilindә bu deyim ilkin mәnadan az-çox uzaqlaşdırılmış şәkildә işlәdilir; mәsәlәn, «ayağında qalmaq», «ayağında nә qәdәr borc var» ifadələrində bu uzaqlaşma hiss edilir. Lakin, hәr halda, burada da «ad» mənası üstündür: ayağında – yəni «adının qabağında».
Məsəllər, deyimlər