Reklam
Reklam

Fizika terminlər lüğəti

ASTROFOTOQRAFİYA

Spektrin müxtəlif sahələrində göy cisimlərinin fotoşəklini çəkmək üçün üsul.

A.-nın köməyi ilə göy cisimlərinin koordinantları, məxsusi hərəkətləri və onların Yerdən məsafəsi hesablanır, kiçik planetlər və kometlər kəşf edilir. Ulduz xəritələri və atlaslarının tərtibində, meteorların, süni peyklərin və kosmik paketlərin müşahidəsində A.-nın böyük əhəmiyyəti var.

Fizika terminlər lüğəti