locusta migratoria
Cücülər sinfi, düzqanadlılar dəstəsindən həşərat növü.
Cənubi Avropa, Asiya və Şimali Afrikada yayılmışdır. A.Ç. dəstə ilə və tək-tək yaşayır. Kənd təsərrüfatı bitkilərinin zərərvericisidir. Dişisi hər birinin içində 55-115 yumurta olan 2-3 yumurta kisəciyi qoyur. Mübarizə tədbirləri: aldadıcı zəhərli yemlər, zəhərli preparatlar (kalsium-arsenit, hakaxloran) və aqrotexniki tədbirlər.
Biologiya terminlərinin izahlı lüğəti