Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

arxayınlaşmaq [arxayınnaşmax] feil

1. Əldə edilən müvəffəqiyyətlərdən sonra rahat olmaq, daha fəaliyyət göstərməmək.Əldə edilmiş müvəffəqiyyətlərlə arxayınlaşmaq olmaz. Arxayınlaşmaq üçün heç bir əsas yoxdur.
2. Arxayın olmaq, xatircəm olmaq, əmin olmaq.Məmməd arxayınlaşmaq üçün qapıda durub onun dalınca baxdı (M.İbrahimov).
3. İşdən azad olmaq, işini görüb qurtararaq asudə olmaq.İşimi qurtardım, arxayınlaşdım.

Azərbaycan dilinin izahlı lüğəti