►Artıq, lazım olmayan, gərəksiz bir şeyi bildirən ifadə.
İfadənin alman atalar sözündən qaynaqlandığı ehtimal edilir.
Alman dilində belə bir atalar sözü var: «Arabada beşinci təkərə yer yoxdur». Araba dörd təkəri olan və atın köməkliyi ilə hərəkət edən, çox hallarda yük daşıyan xırda vaqondur, qədimdə onu cəng arabası adlandırırdılar. Buna görə «arabanın beşinci təkəri» ifadəsi sinonim kimi «lazım olmayan», «artıq», «gərəksiz» mənalarını bildirir; məsələn, hər hansı işdə, prosesdə, məclisdə kiminsə iştirakını arzulamadıqda «o, arabada beşinci təkərdir» ifadəsini işlədirik. 5 rəqəmi ilə həmin mənanı verən digər ifadələr də meydana çıxdı; məsələn: «beşinci oyunçu artıqdır», «itə beşinci ayaq kimi lazımdır» və s.
Məsəllər, deyimlər