Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

aqrotexnika

lat. agros – tarla, əkin yeri + yun. teknikos – bacarıq, ustalıq

Kənd təsərrüfatı bitkilərinin becərilməsi qaydaları.

A.-nın məqsədi – minimum əmək və vəsait sərf etməklə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq, vəzifəsi isə bunu təmin etməkdir. Aqrotexniki tədbirlərə torpağın gübrələnməsi, becərilməsi, toxumun səpinə hazırlanması, səpin və əkin, əkinlərə qulluq, xəstəlik və ziyanvericiləri ilə mübarizə, məhsul yığımı, həmçinin torpaq səthinin hamarlanması və s. daxildir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti