Antarktidanın və onun okean sahillərinin sərt soyuq iqlimi.
Burada qışın orta temperaturu -70°C, yayın orta temperaturu -30°C təşkil edir, mütləq minimum isə -91,2°C səviyyəsində qeydə alınıb. A.İ. şəraitində orta illik yağıntılar çox azdır (sahildə 300-400 mm, materikin mərkəzinə doğru 50 mm və daha az). Ərazinin canlı aləmi olduqca kasıbdır, okean sahilində iqlim nisbətən yumşaq olduğu üçün morjlar, suitilər, balinalar və s. heyvanlar yaşayır. Antarktida materikinin buzsuz sahələrində və ətraf adalarda örtük əmələ gətirməyən şibyə, mamır və yosunlar bitir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti