Reklam
Reklam

Tarix terminləri lüğəti

anaxaqanlığı

Aparıcı rolun qadınlara, xüsusilə də ailəyə başçılıq edən analara mənsub olduğu cəmiyyət forması.

Tarixdə A. dövrünün mövcudluğu barədə fərziyyə ilk dəfə XIX əsrdə J.Lafito, İ.Baxofen və L.Morqan tərəfindən irəli sürülüb. Onların fikrincə, Üst Paleolit dövründən Tunc dövrünün başlanğıcına kimi tarixdə qadınların hökmranlığı baş verib. Lakin müasir tədqiqatçıların tam əksəriyyəti bu fikirdədir ki, konkret faktlarla mövcudluğu təsdiqlənmiş A. cəmiyyəti olmayıb. Həmin tədqiqatçılara görə, söhbət yalnız tarixi inkişaf prosesinin müəyyən mərhələlərində, məsələn, yığıcılıqdan əkinçiliyə keçid dövrünün başlanğıcında qadınların cəmiyyətdəki rolunun bir qədər artmasından gedə bilər. Lakin toxa əkinçiliyindən şumlama əkinçiliyinə və maldarlığa keçid yenidən qadınların sosial rolunun zəifləməsinə gətirib çıxarıb.

Tarix terminləri lüğəti