Reklam
Reklam

Məsəllər, deyimlər

ANA SÜDÜ İLӘ BİRLİKDӘ ӘMMӘK

►Müәyyәn adәt, vәrdiş, fikir vә baxışları uşaqlıqdan, lap körpә vaxtından mәnimsәmәk.

İfadənin məşhur Roma natiqi Siseronun (e.ә.106–43-cü illər) nitqindən sonra məşhurlaşdığı güman edilir.

İlk dәfә Qәdim Roma natiqi Siseron bu ifadəni «dayә südü ilә birlikdә әmmәk» şəklindә işlәtmişdi. Bizim eranın V әsrindә yaşamış Avqustin isә öz «Vәsiyyәt» kitabında bu ifadəni «ana südü ilә birlikdә әmmәk» kimi yazmışdı.

Ümumiyyətlə, ana südü ilə bağlı deyimlər ədəbiyyatda və danışıq dilində geniş yayılmışdır. İslam dinində də ana südü ilə bağlı maraqlı faktlar var; məsələn, Məhəmməd peyğəmbər buyururdu ki: «Heç vaxt uşaqlarınıza axmaq və ağıldankəm qadın süd verməsin. Çünki bu xasiyyətlər süd vasitəsilə uşaqlarınıza keçər». İmam Bagir isə «Axmaq qadınlar sizin uşağınıza süd verməsin. Çünki süd insanın təbiətində əsər qoyur. Çünki uşaq o südün vasitəsilə boya-başa çatır» deyirdi. İmam Əlinin «Qadınları evlənəndə seçdiyiniz kimi, süd vermək üçün də seçin. Çünki süd uşağın təbiətini dəyişir» ifadəsi də məşhurdur.

Məsəllər, deyimlər