►Hərc-mərclik, qarışıqlıq, xaos, qanunsuzluq, özbaşınalıq, ədalətsizlik və riyakarlıq hökm sürən yer; dəlixana.
İfadə dilimizə görkəmli rus yazıçısı və dramaturqu Anton Çexovun (1860–1904) eyniadlı əsərindən keçmişdir.
Bu əsərdə yazıçı həbsxananı xatırladan altı nömrəli xəstəxana palatasının timsalında çar Rusiyasının dözülməz mənəvi həyatını, eybəcərliklərlə dolu olan sosial-ictimai mühitini məharətlə ümumiləşdirmişdir. Əsər həm də mənəvi-əxlaqi problemləri qabartması ilə diqqəti cəlb etmişdir.
Azərbaycan yenidən müstəqillik qazandıqdan və mətbuata azadlıq verildikdən sonra publisistik materiallarda, xüsusən tənqidi yazılarda «altıncı palata» qanadlı ifadəsi tez-tez işlənir.
Məsəllər, deyimlər