1. Yandırmaq, alışdırmaq, tutuşdurmaq, alov çıxartmaq. □ Tonqalı alovlandırmaq. Külək yanğını daha da alovlandırdı.
2. Məcazi mənada: daha da şiddətləndirmək, qızışdırmaq, gücləndirmək; bərk hirsləndirmək, qəzəbləndirmək. □ Düşmənin vəhşiliyi ona qarşı olan kin və nifrəti daha da alovlandırdı.