Reklam
Reklam

Tarix terminləri lüğəti

Alban memarlığı

Qafqaz albanlarına aid memarlıq abidələri.

Qafqaz Albaniyası dövründə (e.ə. IV – eramızın VII əsrləri) şəhərlərin (Qəbələ, Bərdə, Dərbənd, Şəki, Şabran və s.) çiçəklənməsi memarlığın inkişafına güclü təkan verib. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş möhtəşəm müdafiə sistemi, Çıraqqala (VI əsr), Qəbələ rayonunda – Kilisədağ (II–III əsrlər), Laçın rayonunda – Ağoğlan (VI–VII əsrlər), Qax rayonu ərazisində Ləkit (V–VI əsrlər), Qum (təqribən VI əsr) və Yeddi kilsə (VI əsr) xristian məbədləri, eləcə də Mingəçevirdəki məbədlər kompleksi (VII əsr) və s. A.M.-nın yüksək inkişaf səviyyəsini göstərir. Sasanilər dövründə Qafqaz Albaniyası ərazisində inşa edilən müdafiə tikililəri də özəllikcə diqqəti cəlb edir. Xəzər dənizinin sahilindən başlayaraq Babadağın ətəyinədək uzanan Gilgilçay müdafiə səddini (III–VII əsrlər), indiki Şabran rayonu ərazisində yerləşən Beşbarmaq dağından başlayıb Xəzərin sahillərinə qədər uzanan Beşbarmaq səddini də (IV–VII əsrlər) A.M.-nın ən möhtəşəm nümunələri siyahısına daxil etmək olar.

Həmçinin bax:

Tarix terminləri lüğəti