Reklam
Reklam

Fizika terminlər lüğəti

AERODİNAMİKA 

nəq. Havanın və başqa qazların hərəkətini və onların bərk cisimlərlə qarşılıqlı təsirini öyrənən hidroaeromexanikanın bölməsi.

A.-da səs sürətinə (340 m/san) qədərki hərəkətlər öyrənilir. A. uçuş aparatlarının, reaktiv mühərriklərin, ventilyatorların, avar vintlərinin layihələndirilməsində, meteorologiyada və binaların tikintisində tətbiq olunur. A. müstəqil elm kimi 20-ci əsrin əvvəllərində aviasiyanın tələbi ilə yaranmışdır.

Fizika terminlər lüğəti