Abxaz Respublikasında və Yaxın Şərqin bəzi ölkələrində geniş yayılmış Abxaz-adıq dillərindən biri.
Bu dildə danışanların sayı 100 mindən artıqdır. Dilin fonoloji sistemi 58 samit fonemdən ibarətdir. Abxaz əlifbası 1862-ci ildə kiril qrafikası, bəzi latın və gürcü hərfləri, diakritik işarələr əsasında tərtib edilmişdir. 1928-ci ildən latın, 1938-ci ildən gürcü, 1954-cü ildən isə rus qrafikasından istifadə edilmişdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti