Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

abreviatur

ital. abreviatura < abbreviare < brevis – qısa

Sözlərin ilk hərf­lərindən, yaxud hissələrindən düzəldilmiş qısaltma, ixtisar forması. 

A.-lardan şifahi və yazılı nitqdə qənaət məqsədilə istifadə olunur. Bəzi populyar A.-lar dildə özünə yer tutub və əksəriyyət tərəfindən anlaşılır. Me­dia mətnlərində çoxlarına tanış olma­yan A.-ların mətnin əvvəlində bir dəfə açıq­lanması vacibdir. Dildə özünə yer tut­muş A.-lara KİV (kütləvi informasiya vasitələri), az tanış olan A.-lara BJF (Bey­nəlxalq Jurnalistlər Fe­de­rasiyası) misal ola bilər. A.-ların müx­təlif növləri var: başlıq A. (söz­lərin baş hərf­lərindən yaranmış), akronim A., bekronim A., heca A. (hecalardan yaranmış), teles­kopik A. (bir sözün əvvəli ilə digərinin sonunun birləş­mə­sindən ya­ranmış), qrafik A. (məs.: e.ə. – era­mızdan əvvəl), qarışıq A. (müxtəlif üsullarla yaran­mış) və s.

Jurnalistika terminləri lüğəti