Reklam
Reklam

Fizika terminlər lüğəti

ABLYASİYA1 lat. ablatio – aparma

Bərk cismin səthindən axıb keçən qızğın qaz selinin həmin səthdən kütlə ayırması.

A. eroziya, sublimasiya və ərimə nəticəsində baş verir.

ABLYASİYA2 lat. ablatio – aparma

Qlyasiologiyada qar və ya buzlaq kütləsinin ərimə, buxarlanma və mexaniki aşınma nəticəsində kiçilməsi. Əsasən, iqlim amillərinin təsiri ilə baş verir.

A. 3 növ olur. Bəzən A. "səthi yuyulma" termininin sinonimi kimi də işlədilir.

Fizika terminlər lüğəti