Reklam
Reklam

Tarix terminləri lüğəti

yepiskop

yun. episkopos – nəzarətçi

Pravoslav, katolik və anqlikan kilsələrində ruhanilər üçün üçüncü (patriarxmitropolitdən sonra) ali dini rütbə.

Bu rütbə, bir qayda olaraq, kilsə inzibati-ərazi vahidlərinin (yeparxiyaların) başçılarına verilir. II əsrin sonundan Y.-lar dini və məhkəmə hakimiyyətini, eləcə də xristian icmasının əmlakına nəzarət hüququnu ələ keçiriblər. IV əsrdən isə onların iyerarxiya üzrə bölgüsü prosesi başlayıb. Protestant kilsələrində də Y.-lar təyin olunur, yaxud seçilir, lakin burada onlar ruhani deyil, inzibati funksiyalar yerinə yetirən şəxslər sayılır.

Tarix terminləri lüğəti