yun. pater – ata + arche – başlanğıc, hakimiyyət
Bir sıra ölkələrdə avtokefal (müstəqil) pravoslav kilsəsi başçısının ali rütbəsi.
P. rütbəsi 451-ci ildə təsis olunub. 1054-cü ildə xristian kilsəsinin qərb (katolik) və şərq (pravoslav) qollarına bölünməsindən sonra isə şərq kilsələri (rus, gürcü, serb, bolqar, rumın və s.) başçılarının titulu kimi işlənir. Katolik kilsəsində də bəzi yeparxiyaların rəhbərləri P. adlanır.
Tarix terminləri lüğəti