Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

domen

lat. dominium – mülk, sahə

Say­tın internet şəbəkəsində yerini müəy­yənləşdirməyə imkan verən, hərf və işa­­­rə­­lərdən ibarət simvolik ad.

D. – say­tın yadda saxlanılması çətin olan aypi-ünvanının sadə əvəzləyicisidir. Beynəlxalq razılaşmaya görə, o, iki səviyyədən iba­rət­dir. İki-üç hərfdən ibarət birincidərəcəli D. saytın yaradıldığı ölkəni göstərir; məs.: Azərbaycan – az, Türkiyə – tr, Yaponiya – jp və s. Bundan başqa, coğrafi mən­su­biyyətlə deyil, saytın istiqaməti ilə bağlı olan birincidərəcəli D. adlar da mövcuddur; məs.: com – kommersiya, org – qeyri-kommersiya, edu – təhsil müəssisələri üçündür. İkincidərəcəli D.-lər isə xüsusi səlahiyyətə malik təşkilatlar tərəfindən bilavasitə saytların sahiblərinə çox zaman ödənişli əsaslarla icarəyə verilir. Adətən, onu icarədarın özü seçir; məs.: azleks.az.

Jurnalistika terminləri lüğəti