Tropik və subtropik enliklərdə ilboyu, yayda isə həmçinin mülayim qurşağın cənub kontinental rayonları üzərində formalaşan hava kütləsi.
Kontinental (kTh) və dəniz (dTh) T.H.K.-ləri fərqləndirilir. Kontinental T.H.K. tropik enliklərin quru sahəsi üzərində və barik maksimumlarda (Böyük Səhra, Ərəbistan, Tar, Kalaxari, Viktoriya və s. səhralar), yay fəslində isə həm də Cənubi Avropa, Orta Asiya, Qazaxıstan, Şimali Çin üzərində formalaşaraq yüksək temperaturu, tozluluğu və quruluğu ilə səciyyələnir. Dəniz T.H.K. isə tropik akvatoriyalar üzərində – Azor və Havay maksimumları sahəsində əmələ gələrək yüksək temperaturu, lakin alçaq nisbi rütubətliliyi ilə xarakterizə olunur. T.H.K.-ləri həm mülayim enliklərə, həm də passatlarla ekvatorial qurşağa daxil olur.
Coğrafiya terminləri lüğəti