Yer qabığının quruluşunu, tektonik hərəkətlərin təsiri altında dəyişməsini, Yer səthində dağəmələgəlmə proseslərini, materiklərin və okean çökəkliklərinin yaranması şəraitini və tarixini, müxtəlif struktur elementlərinin formalaşması qanunauyğunluqlarını öyrənən elm sahəsi.
T. geologiyanın bir bölməsidir və öz növbəsində ümumi, yaxud morfoloji T., regional T., tarixi T., nəzəri və ya genetik T., eksperimental T. həmçinin neotektonika kimi şöbələrə ayrılır.
Coğrafiya terminləri lüğəti