Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

subekvatorial iqlim

lat. sub – alt, yan + lat. aequator – bərabərləşdirici, tarazlaşdırıcı

Subekvatorial enliklərin yüksək hava temperaturu və yağıntıların çoxluğu ilə xarakterizə olunan iqlimi.

Bu enliklərdə orta temperatur ən soyuq ayda 18°C, yay aylarında 30°C-dir, onun illik tərəddüdü isə aşağı olur. Yağıntılar, əsasən, yayda düşür, 2000-2500 mm-ə qədər çatır. S.İ. ekvatorial iqlimdən qış mövsümünün kəskin quru olması ilə fərqlənir, atmosfer dövranı tropikekvatorial mussonların xüsusiyyətlərinə malikdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti