Atmosferi əhatə edən hava axınları sistemi.
A.d. Yer səthində günəş radiasiyası və atmosfer təzyiqinin qeyri-bərabər paylanması və Yerin fırlanması nəticəsində yaranır. A.d.-nda coğrafi mövqeyi və xarakterindən asılı olaraq passatlar, antipassatlar və mussonlar iştirak edir. Siklon və antisiklonların hərəkəti ilə əlaqədar hava axınları da müəyyən edilmişdir.
Coğrafiya terminləri lüğəti