alm. reichstag < reich – imperiya, krallıq + tag – məclis
1. XII əsrdən “Müqəddəs Roma imperiyası”nda alman imperatorlarının yanında silki nümayəndəli orqanı.
2. 1848-ci ilin iyulundan 1849-cu ilin martınadək fəaliyyət göstərmiş Avstriya Müəssislər Məclisinin adı.
3. Şimali Almaniya İttifaqının (1867–1871) və Almaniya imperiyasının (1871–1918) parlamenti.
4. 1919–1933-cü illərdə Almaniyada Veymar Respublikasının parlamenti.
Nasistlər hakimiyyətə gəldikdən sonra (1933) R.-ın fəaliyyəti formal xarakter daşıyıb, 1945-ci ildə o ləğv edilib.
Həmçinin bax:
Tarix terminləri lüğəti