Bir qayda olaraq, hər hansı ölkədə dövlət quruluşunu və idarəçilik formasını müəyyənləşdirmək, konstitusiyanı hazırlayıb qəbul etmək məqsədilə çağırılan seçkili nümayəndəli orqan.
Bu məqsədlərlə yaradılmış M.M. dünyanın bir çox ölkələrində fəaliyyət göstərib. AXC dövründə (1918–1920) ölkənin dövlət quruluşunu qəti olaraq müəyyənləşdirmək, eləcə də konstitusiyanı hazırlamaq üçün parlament tərəfindən Ümumazərbaycan M.M.-nin çağırılmasını nəzərdə tutan xüsusi qanun qəbul edilib. Lakin 1920-ci ilin aprel işğalı bu qanunun icrasına imkan verməyib.
Tarix terminləri lüğəti